Mariya Stadnik I Avropa Oyunlarında qızıl medal qazandı

Mariya Stadnik I Avropa Oyunlarında qızıl medal qazandı

Heydər Əliyev adına İdman Sarayında keçirilən "Bakı-2015" ilk Avropa Oyunlarının qadın güləşi yarışlarında Azərbaycan təmsilçisi Mariya Stadnik qızıl medal qazanıb. SİA-nın məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Mariya Stadnik ardıcıl olaraq Portuqaliyadan Lilian Santos, Fransadan Julie Sabatie və İsveçdən İvona Matkovska üzərində inamlı qələbələr qazanaraq finala yüksəlib. Finalda güləşçimizin rəqibi bolqar Elitsa Yankova olub. Güləşçimiz 12:1 hesablı təmiz qələbə qazanıb.

Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın I xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da arenada idmançımızın çıxışına baxıblar.

Güləşçimizə qızıl medalı Azərbaycanın I xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

Elgün Vidadioğlu

Fotolar: Cəlil Rəcəbli

Bütün xəbərlər Facebook səhifəmizdə