"Mən Almaniyadan gəlmişəm. Heç bir komandam yoxdur və idmanla da məşğul olmuram. Sadəcə olaraq bütün oyunların analizini verirəm və bütün verilişlərdə iştirak edirəm". Bunu SİA-ya almaniyalı şərhçi Norhbad Gattona deyib.
Bakı haqqında da danışan qonaq deyib ki, paytaxt Bakı çox gözəl bir şəhərdir: "Mən "Alov Qüllələri"ndən bütün Bakını seyr etmişəm. Hətta Atletlər kəndində idmançılar üçün yaradılan şərait də çox yaxşıdır. Gəzməyə çox vaxtımız olub".
Almaniyalı şərhçinin "Bakı 2015" birinci Avropa Oyunlarının açılış mərasimi ilə bağlı təəssüratları isə belədir: "Sözlə deyiləsi deyildi. Çox möhtəşəm təşkil olunmuşdu. Oyunların çoxunda – voleybol, çimərlik voleybolu, su polosu və s. iştirak etmişəm. Fikirlərim çox müsbətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB