"Atletlət kəndində, istərsə də oyunlarda bütün xidmətlər çox yaxşı təşkil olunub". Bunu SİA-ya Fransa komandasının rəhbəri Lucas Heurtıer deyib. "Biz artıq su polosu yarışlarına üçüncü dəfədir ki, qatılırıq. Deyərdim ki, fövqəladə bir şəkildə oyunlar keçirilir. İdmançılara göstərilən diqqət və qayğı bizləri daha çox sevindirir" – deyə, komanda rəsmisi deyib.
O, Bakı haqqında təəssüratlarını da bildirib: "Mən ilk dəfədir ki, Bakıda oluram. Hələ ki, Bakını tam gəzmək imkanım olmayıb. Bakıya gəlməmişdən öncə ölkəniz haqqında məlumatı mən əvvəlcədən internetdən araşdırmışam. İnsanları çox yardımsevərdilər. Bizim nəyəsə ehtiyacımız olduğu təqdirdə ani bir zamanda bizə kömək edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB