Spiros Kapralos: “Azərbaycan bütün istiqamətlərdə idmana böyük sərmayə qoyur” AÇIQLAMA

Spiros Kapralos: “Azərbaycan bütün istiqamətlərdə idmana böyük sərmayə qoyur” AÇIQLAMA

"Miqran Harutunyan medal qazanan ilk erməni olub". SİA-nın məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü Spiros Kapralos bu gün keçirilən mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, idman siyasətdən kənardır və erməni idmançı onlara göstərilən hörmətə görə Azərbaycana təşəkkür edib: "İki ölkə arasındakı məsələlərə müdaxilə edə bilmərik. Miqran Harutunyan medal qazanan ilk erməni olub. O qeyd edib ki, Azərbaycan məni gözəl qarşıladı. Bunun üçün Azərbaycana təşəkkür edirəm. Bu idmanın gözəlliyindən xəbər verir".

Spiros Kapralos karatenin Olimpiya idman növləri sırasına daxil edilməsi məsələsinə aydınlıq gətirib. O qeyd edib ki, artıq bu məsələyə baxılır, gələcəkdə bununla bağlı qərar qəbul oluna bilər: "Beynəlxalq Olimpiya Komitəsi idman növlərində araşdırma aparır. Karatenin Olimpiya Oyunlarına qatılması məsələsinə də baxılır. Artıq karatedə böyük nailiyyətlərin əldə edildiyi görülüb. Ola bilsin ki, karate də Olimpiya oyunlarına daxil edilsin".

Azərbaycanın idman sahəsinə göstərdiyi dəstəkdən də danışan Spiros Kapralos ölkədə aparılan idman islahatları haqqında isə bunları deyib: "Azərbaycan idman sahəsinə sadəcə Avropa Oyunları üçün deyil, bütövlükdə bütün istiqamətlərdə böyük sərmayə qoyur. İslam Olimpiyadası, Formula- 1 və şahmat yarışları artıq Azərbaycanın idman yarışlarına necə dəyər verdiyini göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə