Saymon Kleq: “Sabah bağlanış mərasimi üçün biletlər qurtara bilər” AÇIQLAMA

Saymon Kleq: “Sabah bağlanış mərasimi üçün biletlər qurtara bilər” AÇIQLAMA

"Azərbaycan artıq Avropa Oyunlarında 6 medal qazanmaqla birinci yerdədir". Bu sözləri bu gün Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib. Onun sözlərinə görə, artıq bəzi idman növlərinə yekun vurulub. Azarkeşlərin yarışlarda iştirakı isə yüksək səviyyədədir: "Yarışlar çərçivəsində 2 idman növünə yekun vurulub. Dünən bağlanış mərasimi üçün 15 min bilet satılıb. Yarışlar keçirilən məkanların 75 faizi üçün bilet satışı artıq başa çatıb. Sabah bağlanış mərasimi üçün biletlərin qurtaracağı proqnozlaşdırılır. Azarkeşlərin yarışlara qatılma səviyyəsi çox yüksəkdir. Təkcə dünən 23 min azarkeş yarışlara qatılıb".

Saymon Kleq onu da qeyd etdi ki, artıq Kristal Hallda yarışlar üçün yeniləmə işləri aparılır. Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək. 30 mindən artıq azarkeşin yarışları izləyəcəyi gölənilir: "Kristal Hallda yarışlar üçün yeniləmə işləri aparılır. Artıq karate yarışlarına yekun vurulduğu üçün, taekvondoya start veriləcək. Bunun üçün yeniləmə işləri aparılır. Bilgəhdə isə triatlon yarışlarına yekun vurulub. Digər yarışlar üçün məkanları hazırlıq işləri görülür. Bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq. Keçiriləcək yarışlarda 30 mindən çox azarkeşin iştirakını nəzərdə tuturuq. Bu günə qədər isə ümumilikdə 400 mindən artıq bilet satışı həyata keçirilib. Yarışların yayımı məsələsinə gəldikdə isə, bu işlər kifayət qədər yüksək səviyyədə aparılır. Avropanın bütün ölkələrində yayım işi davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə