"Bakı-2015": Mariya Stadnik finalda, Nataliya Sinişin bürünc uğrunda güləşəcək YENİLƏNİB

"Bakı-2015": Mariya Stadnik finalda, Nataliya Sinişin bürünc uğrunda güləşəcək YENİLƏNİB

Heydər Əliyev adına İdman Sarayında "Bakı-2015" ilk Avropa Oyunlarının güləş yarışları davam edir. SİA-nın məlumatına görə, bu növ üzrə yarışların ilk iki günündə yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olublar.

Üçüncü yarış günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparır.

48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Mariya Stadnik ardıcıl olaraq Portuqaliyadan Lilian Santos, Fransadan Julie Sabatie və İsveçdən İvona Matkovska üzərində inamlı qələbələr qazanaraq finala yüksəlib. Finalda güləşçimizin rəqibi bolqar Elitsa Yankova olacaq.

55 kq-da yarışan Nataliya Sinişin İtaliyadan Patrizia Liuzzi və Türkiyədən Bediha Gün üzərində qələbə qazansa da, gərgin keçən yarımfinal görüşündə İsveçdən Sofia Mattssona məğlub olub. Güləşçimiz bürünc medal uğrunda Ukrayna təmsilçisi Tetyana Kitlə qarşılaşacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

48 kq

1/8 final - Mariya Stadnik - Lilian Santos (POR) 12:2
1/4 final - Mariya Stadnik - Julie Sabatie (FRA) 11:0
1/2 final - Ivona Matkovska (SWE) - Mariya Stadnik 2:8 (təmiz qələbə)
FİNAL - Mariya Stadnik - Elitsa Yankova (BUL)

55 kq
1/8 final - Patrizia Liuzzi (ITA) - Nataliya Sinişin 0:10
1/4 final - Nataliya Sinişin - Bediha Gün (TUR) 12:0 (təmiz qələbə)
1/2 final - Nataliya Sinişin - Sofia Mattsson (SWE) 5:6
Bürünc medal görüşü - Tetyana Kit (UKR) - Nataliya Sinişin

60 kq
1/8 final - Yuliya Ratkeviç - Taybe Yusein (BUL) 4:14

69 kq
1/8 final - Nadya Muşka - Nataliya Vorobyova (RUS) 0:5

Bütün xəbərlər Facebook səhifəmizdə