I Avropa Oyunlarında daha bir gümüş medal

I Avropa Oyunlarında daha bir gümüş medal

"Bakı-2015" I Avropa Oyunlarının yunan-Roma güləşi yarışlarında daha bir təmsilçimiz medal qazanıb. SİA-nın məlumatına görə, 130 kq çəkidə yarışan idmançımız Sabah Şəriəti finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq ukraynalı Mikola Kuçmii, gürcü Jakobi Kajaia və belaruslu İoseb Çuqoşvili üzərindəki inamlı qələbələr güləşçimizə qızıl medal şansı verib. Ancaq həlledici görüşdə Sabah Şəriəti Türkiyə idmançısı Rıza Kayaalpa məğlub olub və Oyunlarda gümüş medalla kifayətlənib.

Rıza Kayaalp arenada Azərbaycan və Türkiyə bayraqları ilə şərəf dövrəsi vurub və azarkeşlərin böyük alqışını qazanıb.

Elgün Vidadioğlu

Fotolar: Cəlil Rəcəbli

Bütün xəbərlər Facebook səhifəmizdə