Azərbaycan I Avropa Oyunlarında daha bir qızıl medal qazanıb. SİA-nın məlumatına görə, yunan-Roma güləşi yarşlarında 75 kq çəkidə mübarizə aparan Elvin Mürsəliyev gərgin keçən görüşləri inamla başa vurub və finala yüksəlib. Final yolunda güləşçimiz Slovakiyadan Riçard Riqo, Rumıniyadan İonel Puskasu, Rusiyadan Çingiz Labazanov və gürcü Zurabi Datunaşvilini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda görüşdə Elvin Mürsəliyev Serbiya idmançısı Viktor Nemeslə qarşılaşıb. Pəhləvanımız 5:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pillsinə qalxıb.
Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın I xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri arenada idmançımızın çıxışına baxıblar.
İdmançımıza qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.
Elgün Vidadioğlu
Fotolar: Cəlil Rəcəbli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB