Həsən Əliyev I Avropa Oyunlarında bürünc medal qazandı

Həsən Əliyev I Avropa Oyunlarında bürünc medal qazandı

"Bakı-2015" I Avropa Oyunlarının yunan-Roma güləşi yarışlarında millimiz daha bir medal qazanıb. SİA-nın məlumatına görə, mübarizəyə təsnifat mərhələsindən qoşulan Həsən Əliyev (66 kq) ardıcıl olaraq gürcü Saçino Davitaia, xorvat Daniel Janecic və belarus idmançısı Mixail Siamionau üzərində inamlı qələbə qazanıb. Yarımfinalda gərgin keçən görüşü uduzan Həsən bürünc medal uğrunda qarşılaşmaya çıxıb. Həlledici görüşdə onun rəqibi Serbiya təmsilçisi Aleksandr Maksimoviç olub. İdmançımız 4:0 hesabı ilə rəqibi məğlub edərək, I Avropa Oyunlarının bürünc medalını qazanıb.

Elgün Vidadioğlu

Fotolar: Cəlil Rəcəbli

Bütün xəbərlər Facebook səhifəmizdə