Karateçilərimizdən "Bakı-2015"də daha bir qızıl medal

Karateçilərimizdən "Bakı-2015"də daha bir qızıl medal

Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında üçüncü qızıl medalı qazanıblar. SİA-nın məlumatına görə, qadınlar arasında kumite yarışlarında 68 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan karateçisi İrina Zaretska finalda avstriyalı idmançı Alisiya Tereza Buçingeri 8:1 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Yarışda üçüncü yerə isə Monteneqro karateçisi Marina Rakoviç çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə