Ayxan Mamayev qızıl medal yolunda

Ayxan Mamayev qızıl medal yolunda

Karatenin Kumite növü üzrə Avropa Oyunlarında mübarizə aparan daha bir karateçimiz qızıl medal üçün tatami üzərinə çıxacaq. SİA-nın məlumatına görə, 84 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Ayxan Mamayev ilk görüşünü fransalı Grillon Kenji ilə keçirib. Ayxan Mamayev 6:1 hesabı ilə rəqibini məğlub edib. Yarımfinal qarşılaşmasında Kosova idmançısı Karagi Alvinlə qarşılaşan idmançımız bu görüşdə də 6:1 hesabı ilə rəqibini məğlubiyyətə uğradıb. Karateçimiz qızıl medal uğrunda yunanistanlı Tranos Maykl Georgiosla qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə