Ukraynalı gimnast: "I Avropa Oyunlarına xüsusi həssaslıqla və peşəkarlıqla yanaşılıb" AÇIQLAMA

Ukraynalı gimnast: "I Avropa Oyunlarına xüsusi həssaslıqla və peşəkarlıqla yanaşılıb" AÇIQLAMA

"Hava limanına enən andan etibarən Azərbaycanda I Avropa Oyunlarının necə yüksək səviyyədə hazırlandığının şahidi olduq". Bu sözləri SİA-ya açıqlamasında ukraynalı gimnast Oleq Vernyayev deyib. O, "Bakı-2015"in ən incə detallara qədər düşünüldüyünü qeyd edib: "Bizi qarşıladılar və qrafik üzrə hərəkət etdik. Yolda Oyunların təşkil olunacağı bir neçə arenanın yanından keçdik. Bütün heyətimizdə çox xoş təəssürat yarandı. Hər şey çox yaxş idi. Birinci dəfədir Bakda oluram. Komanda yoldaşlarımla düşünürdük ki, görəsən, Azərbaycan I Avropa Oyunlarına necə hazırlaşıb? Əvvəllər bir çox olimpiadalarda iştirak etmişik. Əksər ölkələrdə keçirilən yarışlarda həm yaxşı, həm də pis nüansların şahidi olmuşuq. Bütün heyətimiz adından deyə bilərəm ki, Azərbaycanda I Avropa Oyunlarına ən incə detallara qədər xüsusi həssaslıqla və peşəkarlıqla yanaşılıb. Burada idmançıların tam rahat idman mübarizəsi göstərməsi üçün ideal mühit yaradılıb. Buna görə, əziyyət çəkən hər kəsə minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə