Qızıla bərabər bürünc və ya ermənini əzib keçən güləşçimiz FOTOSESSİYA
"Bakı-2015" I Avropa Oyunlarında 2-ci gün Azərbaycan idmançıları üçün uğurlu olub. SİA-nın məlumatına görə, atletlərimiz Oyunların 2-ci günündə 7 medal qazanıblar. Onlardan 3-ü qızıl, 1-i gümüş, 3-ü isə bürünc olub.
Güləşçimiz Elman Muxtarov I Avropa Oyunlarında 3-cü olsa da, onun bürünc medalı qızıl dəyərində olub. Belə ki, idmançımızın həlledici görüşdə rəqibi güclü erməni güləşçisi, Pekin Olimpiya Oyunlarının 3-cüsü, Dünya çempionatının bürünc medalçısı, 2 qat Avropa çempionu Roman Amoyan olub. İdmançımız inamla mübarizə apararaq düşmən ölkənin güləşçisini döşəyə çıxmağına peşman edib. O, rəqibə 1:9 hesabı ilə qalib gəlib.
E. Muxtarov erməni üzərində qələbəsi barədə belə deyib: "Çox sevinirəm ki, 3-cü yer uğrunda Ermənistan idmançısına qalib gəldim. O, bizim düşmənimizdir və mən yalnız qələbə düşünürdüm. Erməni güləşçi Olimpiya Oyunlarında da çıxış etmişdi. Mən də fikirləşdim ki, İnşallah qalib gəlməliyəm. Başqa heç cür ola bilməzdi".
59 kq çəki dərəcəsində mübarizə aparan Elman Muxtarov "Bakı-2015"ə gürcü Gizo Meladze, Norveç Stig-Anre Berg üzərində qələbə ilə başlasa da, yarımfinalda Rusiya təmsilçisinə məğlub olub. Güləşçimiz yarmfinaldakı məğlubiyyəti belə şərh edib: "İlk qarşılaşmada gürcü güləşçi ilə görüşdüm. İkinci görüşüm Norveç idmançısı ilə oldu. O, çox güclü olduğuna görə yoruldum. 10-15 dəqiqə ərzində növbəti görüşə çağırdılar. Ona görə finala çıxa bilmədim. İnşallah, gələn yarışlarda qızıl medal qazanacağam".












Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB