"Bakı-2015": Elvin və Sabah finalda, Həsən bürünc uğrunda güləşəcək CANLI YAYIM
Tarixdə ilk dəfə təşkil edilən I Avropa Oyunları çərçivəsində yunan-Roma güləşi yarışları davam edir. SİA-nın məlumatına görə, güləş yarışlarının ilk günündə güləşçilərimiz bir dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.
İkinci yarış günündə isə 66, 75, 85 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparır.
Mübarizəyə təsnifat mərhələsindən qoşulan Həsən Əliyev (66 kq) ardıcıl olaraq gürcü Saçino Davitaia, xorvat Daniel Janecic və belarus idmançısı Mixail Siamionau üzərində inamlı qələbə qazanıb. Yarımfinalda gərgin keçən görüşü uduzan Həsən bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Həlledici görüşdə onun rəqibi Serbiya təmsilçisi Aleksandr Maksimoviç olacaq.
75 kq çəkidə mübarizə aparan Elvin Mürsəliyev gərgin keçən görüşləri inamla başa vurub və finala yüksəlib. Final yolunda güləşçimiz Slovakiyadan Riçard Riqo, Rumıniyadan İonel Puskasu, Rusiyadan Çingiz Labazanov və gürcü Zurabi Datunaşvilini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda görüşdə Elvin Mürsəliyev Serbiya idmançısı Viktor Nemeslə qarşılaşacaq.
130 kq çəkidə yarışan təmsilçimiz Sabah Şəriəti də finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq ukraynalı Mikola Kuçmii, gürcü Jakobi Kajaia və belaruslu İoseb Çuqoşvili üzərindəki inamlı qələbələr güləşçimizə qızıl medal şansı verib. Həlledici görüşdə Sabah Şəriəti Türkiyə idmançısı Rıza Kayaalpla qarşılacaq.
Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
66 kq
1/16 final - Saçino Davitaia (GEO) - Həsən Əliyev 2:4
1/8 final - Daniel Janecic (CRO) - Həsən Əliyev 0:5
1/4 final - Mixail Siamionau (BLR) - Həsən Əliyev 0:3
1/2 final - Həsən Əliyev - Miqran Arutyunyan (ARM) 5:8
Bürünc medal görüşü - Aleksandr Maksimoviç (SRB) - Həsən Əliyev
75 kq
1/16 final - Riçard Riqo (SVK) - Elvin Mürsəliyev 0:8
1/8 final - Elvin Mürsəliyev - Ionel Puskasu (ROU) 2*:2
1/4 final - Çingiz Labazanov (RUS) - Elvin Mürsəliyev 2:4
1/2 final - Elvin Mürsəliyev - Zurabi Datunaşvili (GEO) 3:2
FİNAL - Viktor Nemes (SRB) - Elvin Mürsəliyev
85 kq
1/16 final - Saman Təhmasibi - Fabio Parisi (ITA) 8:0
1/8 final - Maksim Manukyan (ARM) - Saman Təhmasibi 9:0
130 kq
1/8 final - Sabah Şəriəti - Mikola Kuçmii (UKR) 8:0
1/4 final - Jakobi Kajaia (GEO) - Sabah Şəriəti 2:5
1/2 final - Ioseb Çuqoşvili (BLR) - Sabah Şəriəti 0:6
FİNAL - Rıza Kayaalp (TUR) - Sabah Şəriəti
Bütün xəbərlər Facebook səhifəmizdə