İtaliya komandası cərimələndi

İtaliya komandası cərimələndi

İdman gimnastikası üzrə kişilər arasında çöxnövçülük yarışlarında mübarizə aparan İtaliya komandası cərimələnib. SİA-nın verdiyi məlumata görə, yarışların sıralamasında yanlışlığa yol verən italiyanlar münsiflər heyəti tərəfindən 1 bal hesabı ilə cərimələniblər.

Qeyd edək ki, idman gimnastikası üzrə kişilər arasında çöxnövçülük yarışlarında ölkəmizi Oleq Stepko, Eldar Səfərov, Petro Pantyuk təmsil edirlər.
İlkin nəticələrə görə, kişilər arasında komanda yarışlarında Böyük Britaniya gimnastları 85,23 xalla liderlik edirlər.
Kişilər arasında şəxsi yarışlarda Bevan Brinn (42,765) ən yüksək nəticə göstərib. İkinci yerdə ispaniyalı Gonzalez Fabian (42,333).

Bütün xəbərlər Facebook səhifəmizdə