Su İdmanı Sarayında sinxron üzgüçülük üzrə yarışlar böyük maraqla davam edir. Yarışların üçüncü günündə idmançılar arasında mübarizə daha da gərginləşib. Gün ərzində üzgüçülər 150 növdə ümümilikdə sinxron üzgüçü fırlanma, vint, dönmə və digər hərəkətləri üzrə öz məharətlərini göstərəcəklər. Tamaşaçılarımızın böyük maraqla izlədiyi Azərbaycan təmsilçiləri Tatyana Nikitina 54, Yekaterina Valiulina isə 95 nömrə altında mübarizə aparırlar.
Qeyd edək ki, bu gün həmyerlilərimizdən əlavə yarışların üçüncü günündə Türkiyə, Almaniya,Yunanıstan, İsrail, Avstriya, Rusiya, Ukrayna, Fransa, Polşa, Macarıstan, İtaliya, Niderland, Böyük Britaniya, Bolqarıstan və İspaniya Çexiya, Slovakiya, Belarus, Lixtenşteyn İsveçrə, nümayəndələri mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB