İlk Avropa Oyunları çərçivəsində keçirilən Yunan-Roma güləşində baş tutan döyüşlərin birində gərgin anlar yaşanıb. SİA-nın verdiyi xəbərə görə, Türkiyəli yunan-Roma güləşçisi Abdulsamad Uğurlu serbiyalı güləşçi Aleksandr Maksimoviç qarşılaşmada faciə yaşayıb. Serbiya idmançısı güləş zamanı türkiyəli rəqibini boğub. Türk idmançı bir müddət huşsuz vəziyyətdə qalıb. Sonradan ayağa qalxan idmançının dili qatlanıb və o, özündən gedib.
Qeyd edək ki, həkimlərin müdaxiləsindən sonra türkiyəli idmançı özünə gəlib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB