Fransalı qonaq: “Bakı-2015”in açılış mərasimi çox yüksək səviyydə idi"
"Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimi çox möhtəşəm şəkildə təşkil olundu. Dünya ulduzu Ledi Qaqa da ifa etdi. Onun ifasını çox bəyənirəm". Bu sözləri SİA-ya açıqlamasında I Avropa Oyunlarına gəlmiş fransalı qonaq Mahutin Bomahou deyib. O, mərasimin çox maraqlı keçdiyini qeyd edib: "Açılış mərasimi çox maraqlı idi. Mən Olimpiya Oyunlarının açılışında da iştirak etmişəm. "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimi çox yüksək səviyədə təşkil edilmişdi.
Azərbaycanın insanları çox qonaqpərvərdirlər. Ölkənizdən çox razı qalmışam".
Qonaq azarkeşlik etdiyi idman növlərindən də danışıb: "Su polosu və sinxron üzgüçülük yarışlarını xoşlayıram. Ona görə də bilet alıb bu yarışlara gəlmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB