Anastasiya Davıdova: “Bakıya valeh olmuşam”

Anastasiya Davıdova: “Bakıya valeh olmuşam”

"Bakıya valeh olmuşam. Arxitekturadan tutmuş Azərbaycanın yarışlara və obyektlərin tikintisinə belə məsuliyyətlə yanaşmasına qədər hər şeyə heyran qalmışam". Bunu SİA-ya Rusiya Olimpiya Komitəsinin baş katibi Anastasiya Davıdova deyib. Bakıda təşkilatçılığın çox yüksək səviyyədə olduğunu, bütün işlərin dəqiq planlaşdırıldığını və həyata keçirildiyini diqqətə çatdıran A.Davıdova deyib ki, bu təşkilatçılıq səviyyəsi Olimpiya səviyyəsindədir: "Azərbaycan birinci Avropa Oyunlarının keçirilməsi məsələsinə məsuliyyətlə yanaşıb. Bunu tam səmimi olaraq deyirəm. Avropa Oyunları idmanın bəzi növləri üzrə dünya çempionatları ilə bir vaxta düşüb".

Bütün xəbərlər Facebook səhifəmizdə