"Bakı 2015" birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənizin uğurunu, dünyada nüfuzunun göstəricisidir". Bunu SİA-ya su polosu yarışları üzrə rusiyalı idmançı Aleksandr Zhakirov deyib.
O, Azərbaycanın xüsusilə paytaxt Bakı şəhərinin xoşuna gəldiyini dilə gətirdi: "Təəssüf ki, Bakını hələ tam görə bilməmişəm. Oyunlarımız başlayıb deyə, tam gəzmək, görmək imanı olmadı. Hesab edirəm ki, "Bakı 2015" birinci Avropa Oyunlarının səviyyəsi bir müddətdən sonra Olimpiya oyunlarının səviyyəsinə çatacaq. Həqiqətən də burada idmançılar üçün yaradılan hər bir şərait bizləri çox sevindirdi. İnanırıq ki, biz də Bakıdan qələbə qazanaraq ayrılarıq. Oyunların Azərbaycanda keçirilməsi ölkənizin uğurunu, dünyada nüfuzunun göstəricisidir. Bütün idmançılara uğurlar arzu edirəm. Deyərdim ki, güclü olan qazansın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB