Kişilər arasında voleybol yarışları keçirilir

Kişilər arasında voleybol yarışları keçirilir

"Bakı-2015" birinci Avropa Oyunları davam edir. İyunun 14-də - "Baku Crystal Hall"da keçirilən voleybol yarışının ikinci günündə kişi idmançıların mübarizəsi başlayıb.

Gün ərzində 6 qarşılaşma oynanılacaq. "A" qrupunda çıxış edən Azərbaycan millisi Finlandiya ilə qarşı-qarşıya gələcək. Bu qrupun digər görüşlərində Serbiya və Türkiyə, Polşa ilə Fransa milliləri qarşılaşacaq.

"B" qrupunda isə Slovakiya-İtaliya, Belçika-Bolqarıstan və Almaniya-Rusiya oyunları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə