Rafiq Hüseynov I Avropa Oyunlarının gümüş medalını qazandı

Rafiq Hüseynov I Avropa Oyunlarının gümüş medalını qazandı

"Bakı -2015" I Avropa Oyunlarının yunan-Roma güləşi yarışlarında milli komandamızın üzvü Rafiq Hüseynov gümüş medal qazanıb. SİA-nın məlumatına görə, 80 kq çəkidə yarışan idmançımız ardıcıl olaraq Avstriyadan Mixael Vaqner, Bolqarıstandan Daniel Aleksandrov və Türkiyədən Selçuk Çebi üzərində inamlı qələbə qazanıb. Keçirdiyi görüşlərdə 30 xal qazanan Rafiq heç bir rəqibinə bir xal belə verməyib. Qızıl medal uğrunda son görüşdə güləşçimizin rəqibi Rusiya idmançısı Yevgeni Saleev olub. Həlledici qarşılaşmada məğlub olan R. Hüseynov I Avropa Oyunlarının gümüş medalını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə