Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında ikinci qızıl medalı qazanıblar. SİA-nın məlumatına görə, kişilər arasında kumite yarışlarında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda italiyalı Luici Busanı 1:0 hesabı ilə məğlub edərək birinci yeri tutub. Üçüncü yerə isə türkiyəli karateçi Erman Eltemur çıxıb.
İdmançıların mükafatlandırılması mərasimində Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva medalları qaliblərə təqdim edib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Rəfael Ağayev dördqat dünya və 12 dəfə Avropa çempionu adını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB