Elman Muxtarov "Bakı-2015"də ermənini məğlub etdi və bürünc medal qazandı FOTOLAR

Elman Muxtarov "Bakı-2015"də ermənini məğlub etdi və bürünc medal qazandı FOTOLAR

Azərbaycan "Bakı-2015" I Avropa Oyunlarında daha bir medal qazanıb. SİA-nın məlumatına görə, yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində mübarizə aparan Elman Muxtarov bürünc medala sahib olub. O, həlledici qarşılaşmada Ermənistan güləşçisini 1:9 hesabı ilə məğlub edib.

59 kq
1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO) 5:3
1/4 final - Elman Muxtarov - Stig-Andre Berg (NOR) 7:6
1/2 final - Elman Muxtarov - Stepan Maryanyan (RUS) 3:11
Bürünc medal görüşü - Roman Amoyan (ARM) - Elman Muxtarov 1:9

Qeyd edək ki, "Bakı-2015"in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Güləş yarışları iyunun 18-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə