Azərbaycan idmançıları birinci Avropa Oyunlarında ilk qızıl medalını qazanıb. Kişilər arasında kumite yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Firdovsi Fərzəliyev finalda italiyalı Luka Mareskanı 4:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev güləşçimizin uğurlu çıxışını izləyib.
Beləliklə, o ilk Avropa Oyunlarının birinci azərbaycanlı çempionu kimi adını ölkəmizin və qitənin idman tarixinə yazdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB