Karatenin Kumite növü üzrə Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda qadın karateçimiz İlahə Qasımova artıq bürünc medal uğrunda mübarizə aparacaq. SİA-nın məlumatına görə, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda fransalı Toy Emiliyə 6:1 hesabı ilə uduzub. Nəticədə idmançımız bürünc medal uğrunda mübarizə üçün tatami üzərinə çıxmalı olub. Bürünc medal uğrunda rəqibi isə ispaniyalı Ferrer Garsia Kristinadır.
Qeyd edək ki, qadınlar arasında 50 kiloqram çəki dərəcəsində ilk 3 yerin qalibi məlum olub. Belə ki, Türkiyəli idmançı Serap Özçelik 1-ci yerə, Avstriyalı idmançı Plank Bettina 2-ci yerə, Fransalı Reçia Aleksandra isə 3-cü yerə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB