Firdovsi Fərzəliyev qızıl medal uğrunda yarışacaq

Firdovsi Fərzəliyev qızıl medal uğrunda yarışacaq

Karatenin Kumite növü üzrə Avropa Oyunları çərçivəsində yarımfinala vəsiqə qazanan idmançılarımızdan Firdovsi Fərzəliyev qızıl medal üçün tatami üzərinə çıxacaq. SİA-nın məlumatına görə, makedoniyalı Emil Pavlovla qarşılaşan Firdovsi Fərzəliyev qızıl medal üçün yarışma şansı əldə edib. 60 kiloqram çəki dərəcəsi üzrə medal uğrunda keçiriləcək qarşılaşma saat 17:54-də baş tutacaq.

67 kiloqram çəkidə mübarizə aparan yarımfinalçımız Niyazi Əliyev isə finala gedən yolda türkiyəli idmançı Uyğur Burakla qarşılaşacaq.

Latvilayı Ruslans Sadıkovsu məğlub edərək yarımfinala yüksələn Rafael ağayevin 75 kiloqram çəki dərəcəsində rəqibi məlum olub. O, Almaniyanı təmsil edən Biç Noahla qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə