Norveçli jurnalist: "Azərbaycan öyrəndiklərimdən də gözəl imiş"

Norveçli jurnalist: "Azərbaycan öyrəndiklərimdən də gözəl imiş"

"Əvvələr Azərbaycan haqqında oxumuşdum. Buranı görmək üçün çox həvəsli idim. Gəlib gördüm ki, Azərbaycan öyrəndiklərimdən də gözəl imiş". Bu sözləri SİA-ya açıqlamasında norveçli jurnalist İne Barlie deyib.

Açılış mərasiminin xoşuna gəldiyini deyən jurnalist özünü Bakıda rahat hiss etdiyini də vurğulayıb: "Bakı-2015"in açılış mərasimi çox xoşuma gəldi. Burada özümü rahat hiss edirəm. İnsanlarınız qonaqlara qarşı isti münasibətlidirlər Hava limanında bizi çox gözəl qarşıladılar. Bakı sakinləri bizə köməklik göstərməyə həvəslidirlər".

İ. Barliye "Bakı-2015" I Avropa Oyunlarının yüksək şəkildə təşkil olunduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə