Hans Klippus: “Bakı-2015”in açılış mərasimi Olimpiya Oyunları səviyəsində keçirildi"
"Bakıda olmaqdan çox məmnunam. Azərbaycanın insanları çox dostcanlı və qonaqpərvərdirlər. Onlar qonaqlara hər zaman kömək etməyə çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında niderlandlı jurnalist Hans Klippus deyib. O, "Bakı-2015" I Avropa Oyunlarınn açılış mərasimindən də danışıb: "Bakı-2015"in açılış mərasimi möhtəşəm təşkil olunmuşdu. Mərasimdən çox təsirləndim. Tamaşaçılar da çox coşğun idilər. Bütün hadisələrə tez reaksiya verirdilər. Bir neçə Olimpiya Oyunlarının açılış mərasimində olmuşam. "Bakı-2015"in açılış mərasimi Olimpiya Oyunları səviyyəsində keçirildi".
Jurnalist Bakıda media nümayəndələrinə yüksək şərait yaradıldığını da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB