"Forbes" jurnalı dünyada fəaliyyətlərinə görə ən çox pul xərclənən və varlı olan idmançıların siyahısını hazırlayıb. SİA-nın məlumatına görə, reytinq cədvəlinə amerikalı boksçu Floyd Meyuezer liderlik edir. ABŞ boksçusunun gəliri təkcə 2015-ci ilin ilk altı ayında 300 milyon dolları təşkil edib. Gəlirin əsas mənbəyi onun filippinli Menni Pakiao ilə döyüşündən əldə edilib.
Filippinli özü isə siyahıda ikinci yerə sahibdir. Onun gəliri 160 milyin dollardır.
İlk üçlüyü kral klubu hesab edilən "Real" Madridin portuqaliyalı hücumçusu Kriştianu Ronaldu bağlayır. O, son aylarda 80 millyon ABŞ dolları qazanmağa nail olub.
Daha bir nüfuzlu idmançı, Rusiya tennisçisi Mariya Şarapova isə siyahıda 26-cı yeri tutur. Onun gəliri 30 milyon dolları təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB