"Azərbaycan Avropa Oyunlarını yüksək şəkildə təşkil etməsi ilə dünyaya öz nüfuzunu bir daha göstərdi". Bunu SİA-ya açıqlamasında İtaliyanın Su Polosu üzrə idman rəsmisi Bruno Cufino deyib.
"Azərbaycanda təşkil olunan I Avropa Oyunları məni heyran etdi. Yarışlar mükəmməl şəkildə təşkil olunub. Bu Bakıya olan ikinci səfərimdir. Ölkənizin inkişafı aydın şəkildə hiss olunur. Siz bununla fəxr etməlisiniz. Ölkənizdə yeni komplekslər möhtəşəm şəkildə tikilib. Açılış mərasimində gördüklərim mənim yaddaşımda daima xoş anlar kimi qalacaq. Bundan əlavə, insanlarınız da çox mülayim və diqqətçildirlər. Azərbaycanlılarla - İtaliyanların oxşar cəhəti çoxdur. Ona görə mən Azərbaycana səfər etməkdən zövq alıram"- deyə, B.Cufino qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB