Saymon Kleq: "İnanıram ki, azərbaycanlı karateçilər də medal qazanacaq"
"Bakı-2015" Birinci Avropa Oyunlarının Açılış mərasimi möhtəşəm şou idi. Əminəm ki, azərbaycanlılar qürur hissi keçirdi". SİA-nın verdiyi məlumata görə, bunu "Bakı-2015" İlk Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransında söyləyib. O bildirib ki, hazırda Olimpiya kəndində 4200-dən çox idmançı var. 420-yə yaxın idmançı isə Mingəçevirdədir. Yarışlar ötən gündən başlayıb. buna baxmayaraq ilk medalların sahibləri bu gün məlum olacaq. Oyunlar tarixində ilk medala dağ velosipedi üzrə yarışçılar sahib olacaq. Onu da deyim ki, bu gün yarışacaq karateçilər arasında Azərbaycan yığması da var və inanıram ki, onlar da medal qazanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB