Bu gün "Bakı 2015" birinci Avropa Oyunları ərəfəsində qadınlar arasında daha bir yarış keçirilib. SİA-nın məlumatına görə, Bakı Su İdmanı Mərkəzində keçirilən sinxron üzgüçülük yarışlarında ölkə idmançıları öz bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək edək ki, Bakı Su İdmanı Mərkəzi Azərbaycan üçün simvolik idman arenasıdır. Bu kompleks oyunlar zamanı su idmanı növlərinin üç növü - üzgüçülük, suya tullanma və sinxron üzgüçülük üzrə yarışlara ev sahibliyi edəcək.
Su idmanı növləri üzrə yarışlar 14 gün davam edəcək. Bakı Su İdmanı Mərkəzində 800-dən çox idmançının yarışacağı gözlənilir. Oyunlar zamanı bu kompleksdə eyni anda 2003 tamaşaçı yarışları izləyə bilir.
FOTOLAR: Aslan Vali
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB