Alp Berker: "Azərbaycanın təşkilatçılığını sözlə ifadə etmək olmaz" AÇIQLAMA

Alp Berker: "Azərbaycanın təşkilatçılığını sözlə ifadə etmək olmaz" AÇIQLAMA

"Bakı -2015" I Avropa Oyunları Azərbaycanda möhtəşəm şəkildə təşkil olunub. Bunu Türkiyə Milli Olimpiya Komitəsinin idman direktoru Alp Berker SİA-ya açıqlamasında deyib.

A. Berker Oyunların olimpiya standartlarına uyğun təşkil olunduğunu bildirib: "Türkiyənin milli komandası olaraq yaradılan şəraitdən çox razıyıq. Azərbaycan qardaş ölkədir, biz bir millət iki dövlətik. Özümüzü evimizdəki kimi hiss edirik. Bundan əlavə, önəmli cəhətlərdən biri bütün yarışların keçiriləcəyi məkanların yüksək səviyyədə hazırlanmasıdır. Təşkilatı işlər mükəmməl şəkildə təşkil olunub. Atletlər kəndində özümüzü başqa dünyada hiss edirik. Azərbaycan dövlətinə belə gözəl tədbir təşkil etdiyi üçün təşəkkür edirik. Var olsun Azərbaycan!".

Açılış mərasimi ilə bağlı təəssüratlarını bölüşən Alp Berker mərasimin möhtəşəm şəkildə təşkil olunduğunu dilə gətirib: "Açılış mərasimində iştirak etdim. Özümü sehrli aləmdə hiss etdim. Tədbir çox möhtəşəm idi. Düzünü desək bu qədər möhtəşəm olacağını gözləmirdik. Hər şey mükəmməl təşkil olunmuşdur. Azərbaycanın təşkil etdiyi I Avropa Oyunlarını sözlə ifadə etmək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə