"Bakı çox ecazkar bir sürətdə öz simasını dəyişib". Bunu SİA-ya xorvatiyalı su polosu idman yarışçısı Marko Blazic deyib. "Bakı 2015" I Avropa Oyunlarının Açılış mərasimi ilə bağlı fikirlərini bölüşən idmançı mərasimi televiziya vasitəsilə izlədiyini vurğulayıb: "Hazırda biz idmançılar üçün yaradılmış Atletlər kəndində qalırıq. Şəhəri gəzdik və özümüzü bir anlıq nağıllar dünyasında hiss etdik . Ölkənizin qonaqpərvərliyi bizləri çox valeh etdi. Təəssüf ki, ötən gün birinci Avropa Oyunlarının açılışına qatıla bilmədim. Çünki səhəri gün bizim yarışlarımız var idi. Sonradan televiziya vasitəsilə seyr etdim və möhtəşəm bir Açılışın şahidi oldum".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB