Bakıda I Avropa Oyunları çərçivəsində yarışların ikinci günü başlayır. SİA-nın xəbərinə görə, bu gün dağ velosipedi, yunan-roma güləşi, karate, sinxron üzgüçülük, stolüstü tennis, su polosu, triatlon və voleybol üzrə yarışlar keçiriləcək.
İkinci gün 13 dəst medal - 3-ü – kişilər arasında karate, 3-ü – qadınlar arasında karate, 4-ü – kişilər arasında yunan-roma güləşi, 1-i – qadınlar arasında dağ velosipedi, 1-i – kişilər arasında dağ velosipedi və 1-i - qadınlar arasında triatlon yarışları üzrə oynanılacaq.
Azərbaycanlı idmançılar gün ərzində baş tutacaq bütün oyunlarda iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB