Minlərlə insan Bakı Olimpiya Stadionuna axın edir

Minlərlə insan Bakı Olimpiya Stadionuna axın edir

"Bakı-2015" I Avropa Oyunlarının açılış mərasiminin başlanmasına 2 saat qalıb. SİA-nın məlumatına görə, artıq bir neçə saatdır Bakı Olimpiya Stadionuna minlərlə insanın axını davam edir. Stadiona gələn yerli sakinlər və qonaqlar üçün xüsusi yollar ayrılıb və yolboyu könüllülər insanları arenaya giriş qaydaları ilə tanış edirlər. Açılış Mərasimi saat 20:15-də Alim Qasımovun bədahətən ifa edəcəyi muğamla başlayacaq.

Qeyd edək ki, bu gün artıq "Bakı-2015"in yarışlarına start verilib. İlk gün sinxron üzgüçülük və su polosu yarışlarının təsnifat mərhələsi keçirilib.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə