Akif Aşırlı: “Bugünkü bayram münasibətilə xalqımızı təbrik edirəm” AÇIQLAMA

Akif Aşırlı: “Bugünkü bayram münasibətilə xalqımızı təbrik edirəm” AÇIQLAMA

"Bu gün Azərbaycan üçün əlamətdar və əhəmiyyətli bir gündür. Çünki, Avropa Oyunları dünya tarixində ilk dəfə Azərbaycanda keçirilir". Bu sözləri SİA-ya açıqlamasında "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Onun sözlərinə görə, Avropa Oyunları ilə "15 İyun Milli Qurtuluş Günü"nün eyni bir dövrə təsadüf etməsi sevindirici haldır: "Ulu Öndər tərəfindən təməli atılmış olan güclü inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Avropa Oyunlarının keçirilməsi tarixinin "15 İyun Milli Qurtuluş Günü" ilə üst-üstə düşməsi sevindirici haldır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı Avropa və dünyanın inkişaf etmiş ölkələrinin bir hissəsi kimi görürdü. Ulu Öndər həm siyasət, həm idman, həm də elm və təhsil sahəsində Azərbaycanın Avropa və dünya miqyasında təmsilçilik istiqamətində dövlət strukturlarının formalaşdırılması və dövlətçiliyin inkişafı baxımından mütərəqqi konsepsiyalar irəli sürmüşdü. Konsepsiyaları bu gün də cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan artıq bütün sahələrdə öz sözünü deyə bilir, gücünü göstərə bilir. Bu gün gözəl bir bayramdır, bu bayram münasibətilə xalqımızı və bütün həmkarlarımı təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanın uğurları bol olsun və bu uğurların sevincini yaşayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə