Sinxron üzgüçülərin yarışında Azərbaycan dueti 18-ci oldu YENİLƏNİB

Sinxron üzgüçülərin yarışında Azərbaycan dueti 18-ci oldu YENİLƏNİB

"Bakı-2015" I Avropa Oyunlarına start verilib. SİA-nın məlumatına görə, ilk olaraq bu gün saat 09:00-dan Bakı Su İdmanı Sarayında sinxron üzgüçülük üzrə yarışlar başlayıb. Bu gün sözügedən idman növündə sərbəst rejimdə duetlərin və komandaların təsnifat mərhələsi keçirilir.

Cütlüklərin yarışında ölkəmizi Tatyana Nikitina və Yekaterina Valiulina təmsil edir. Bu növdə idmançılarımız 19 ölkənin üzgüçülərinə qarşı mübarizə aparırlar.

İdmançılarımız yarışa 10-cu sırada qoşulublar və 71,4333 bal toplayıblar. Bu nəticə ilə sinxron üzgüçülərimiz 18-ci yerdə qərarlaşıblar. Rusiya təmsilçiləri Valeriya Filenkova və Darya Kulaqina 89,2333 nəticə ilə mərhələnin qalibi olublar. Ukraynalı Yana Narejina və Yelizaveta Yaxno (87,5333) 2-ci, ispaniyalı Culiya Eçeberria Eskuivel və İren Toledano Karmelo (85,7333) isə 3-cü pilləyə sahib çıxıblar.

Bu gün saat 15:30-da başlanacaq komanda yarışlarının təsnifat mərhələsində isə 14 ölkənin idmançıları yarışacaqlar.

Hər iki növ üzrə final mərhələsi iyunun 15-də keçiriləcək.

Yarışların hakimləri:

BRUSNIKINA Olga (LEN)

SVETLICHNAYA Aliona (LEN)

İcra Hakimləri

NULER Julia (LEN)

SZCZESNIAK Monika Anna (LEN)

van der VELDE Lucienne (LEN)

KPUPKIN Svetlana (LEN)

BANTE Spyridoula (LEN)

Bədii Təəssürat Hakimi

BERTI Francesca (LEN)

BINEVA Mariya (LEN)

SYREL Olga (LEN)

HEILAND Anniken (LEN)

PRATT Allison (LEN)

Çətinlik Hakimləri

PETRACHINA Natalia (LEN)

SHEPARD Lucia (LEN)

ONER Nilay (LEN)

RINGLEROVA Anna (LEN)

DOIMO Sandra (LEN)

Bütün xəbərlər Facebook səhifəmizdə