Daha 12 ölkənin idmançıları Bakıya gəlib

Daha 12 ölkənin idmançıları Bakıya gəlib

Birinci Avropa Oyunlarında iştirak edəcək Almaniya, İsveçrə, İsveç, Ukrayna, Kipr, Polşa, Monteneqro, Estoniya, Hollandiya, Slovakiya, Macarıstan və İslandiya idmançıları da iyunun 11-də Azərbaycana gəliblər.

Əcnəbi atletləri Heydər Əliyev Beynəlxalq Aeroportunda "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və könüllülər qarşılayıblar. Komandalar onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər Kəndinə yola salınıb.

"Bakı-2015" birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistlərin daha bir qrupu da Azərbaycana gəlib. Xarici media nümayəndələri xüsusi avtobuslarla Media Kəndinə aparılıb.

"Bakı-2015" Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah bütün gün ərzində fasiləsiz fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə