"Bakı-2015" I Avropa Oyunları bütün Azərbaycan xalqının dəstəyi ilə hazırlanır. Ona görə bu Oyunlar uğurlu olacaq". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O, "Bakı-2015" I Avropa Oyunlarında Azərbaycan idmançılarının çoxlu medallar qazanacaqlarına ümid etdiyini qeyd edib: "Olimpiya Oyunlarından öncə proqnozlar verirəm və bu proqnozlar özünü doğruldur. Amma "Bakı-2015" I Avropa Oyunlarına proqnoz verə bilmirəm. Çünki bu Oyunlar Bakıda keçirilir. Hər bir idmançımızdan medal gözləyirəm. İdmançılar doğma evlərində daha yaxşı çıxış etməyə çalışırlar. Hər-halda "Bakı-2015"də medallarımızın sayı çox olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB