Məşəl BAOƏK-nin Baş ofisinə gətirilib

Məşəl BAOƏK-nin Baş ofisinə gətirilib

"Bakı-2015" birinci Avropa Oyunları məşəlinin Bakı estafeti davam edir. SİA-nın məlumatına görə, bu gün məşəl estafetinin ilk dayanacağı Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Baş ofisi olub. "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Sayman Kleq məşəli əlində BAOƏK-nə gətirib.

Sayman Kleq jurnalistlərə açıqlamasında bildirib ki, bu məşəl indiyədək Azərbaycanın gördüyü bütün əziyyəti, ölkə xalqını birinci Avropa Oyunları zamanı özündə birləşdirən bir simvoldur. Bu oyunlar bizim üçün çöx önəmlidir. Ümid edirəm ki, Azərbaycan idmançıları bu mötəbər yarışda uğurla iştirak edərək qızıl medal qazanacaqlar. Birinci Avropa Oyunlarının çox möhtəşəm və inanılmaz şəkildə keçəcəyinə əminəm".

Sonra məşəl Qız Qalasına yola salınıb. Axşam saat 20.30-da məşəl Qız Qalasından Dənizkənarı Milli Parka gətiriləcək. Oradan isə məşəl dəniz yolu vasitəsilə sabahkı oyunların açılışı üçün Milli Olimpiya stadionuna yola salınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə