Dünyanın müxtəlif ölkələrindən "Bakı-2015" I Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana jurnalistlər gəliblər. Ölkəmizdə peşə fəaliyyətlərini yüksək səviyyədə həyata keçirmələri üçün həm yerli, həm də xarici media nümayəndələrinə bütün şərait yaradılıb. Müxtəlif ölkələrin jurnalistləri SİA-ya ölkəmiz və "Bakı-2015" I Avropa Oyunları haqda fikirlərini bildiriblər.
.jpg)
Aleksander Qasser - Sloveniyalı jurnalist
Bakı Avropanın ən gözəl şəhərlərindən biridir. Xəzərin sahilini gəzmişəm. Ora çox gözəl idi. Bakıda piyadalar üçün keçidlər, insanların istirahəti üçün yaradılmış şərait çox xoşuma gəlir. İnanıram ki, Azərbaycanın başqa şəhərləri də çox gözəldir. Burada jurnalistlər üçün də yüksək şərait yaradılıb.
Deyə bilərəm ki, əgər Azərbaycan bu təşəbbüsə qoşulmasaydı, Avropa Oyunları bu səviyyədə təşkil olunmayacaqdı. Avropanın belə Oyunlara ehtiyacı var idi".

Qonzalo Quicarro - İspaniyalı jurnalist
Bakı möhtəşəm şəhərdir. Buradakı insanlar gülərüz və mehribandırlar. Sakinlər hər sahədə qonaqlara kömək etməyə çalışırlar. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox yaxşı haldır. Ümid edirəm ki, bu Oyunlar Avropanın digər ölkələrində də keçiriləcək. Düşünürəm ki, Oyunlarda iştirak edəcək İspaniya komandası ən yaxşılardandır və idmançılarımız uğur qazanacaqlar. İspanlarla azərbaycanlılar bir-birlərinə çox oxşayırlar. Burada insanlar çox istiqanlıdırlar.

Markus Bauman – Almaniyalı fotomüxbir
Azərbaycanda hər şey əladır. Burada I Avropa Oyunlarına aparılan hazırlıq işləri göz qabağındadır və açıq şəkildə görsənir. Avropa Oyunları tarixdə ilk dəfə keçiriləcək. Azərbaycanın İlk Avropa Oyunlarını möhtəşəm şəkildə təşkil edəcəyinə əminəm. Bütün Avropanın qoşulduğu Oyunlar qitə üçün önəmlidir.

Ernesto Roco – İpaniyalı jurnalist
Azərbaycanlılar biz ispanlar kimi temperamentli insanlardır. I Avropa Oyunları ilə bağlı ölkənizdə yüksək hazırlıq işləri aparılıb. Buradakı hazırlıq gələcək üçün mühüm təcrübədir. Azərbaycan insanları qonapərvərdirlər. Bizim burada işimizi yüksək şəkildə həyata keçirməyimiz üçün hər cür şərait var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB