Portuqaliyalı velosipedçi: "Bakıda olmağıma görə çox şadam"

Portuqaliyalı velosipedçi: "Bakıda olmağıma görə çox şadam"

Portuqaliyanın nüfuzlu dnoticias.pt xəbər portalı "Bakı-2015" ilk Avropa Oyunları münasibətilə Lissabon-Bakı marşrutu üzrə 7000 km məsafə qət edən velosipedçi səyyah Jorje Kriştovaonun səyahətindən bəhs edir. SİA-nın xəbərinə görə, portuqaliyalı Kriştovao aprelin 10-da Lissabonda start götürən yürüş zamanı Portuqaliya, İspaniya, Fransa, İtaliya, Yunanıstan, Türkiyə və Gürcüstan ərazisindən keçməklə Azərbaycana gəlib. Qeyd olunur ki, səyahətə ilk Avropa Oyunlarının ev sahibi şəhəri - Bakının Xəzər dənizi sahillərində yekun vurulub.

Kriştovao özü ilə açılış mərasimində aparılacaq Portuqaliyanın bayrağını gətirib. "Bakıda olmağıma görə çox şadam, burada mənə olan münasibətdən yaxşı mənada təəccübləndim" - deyə ,53 yaşlı velosipedçi səyyah bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə