Avropa Oyunları BBC Sport-da

BBC saytında I Avropa oyunlarına və oyunlarda britaniyalı idmançıların iştirakına həsr olunan geniş məqalə dərc olunub. SİA-nın xəbərinə görə, məqalədə iyunun 12-28-də Azərabcyanda keçiriləcək oyunlarda Britaniya nümayəndə heyətinin 2008-ci ildə Pekindəki olimpiyadadan sonra ən böyük heyət olduğu qeyd olunub. Nümayəndə heyətinə 120 idmançı daxil olub. Onlar idmanın 20 növündən 13-də medallar uğrunda mübarizə aparacaqlar.

Məqalədə oyunlarda iştirak edəcək britaniyalı idmançılar haqqında məlumat, eləcə də yarışların ətraflı qrafiki verilib.

I Avropa oyunları iyunun 12-28-də Azərbaycanda keçiriləcək. Avropanın bütün ölkələrindən təxminən 6000 idmançı 253 komplekt medal uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə