Media Kəndində jurnalistlər üçün salamlama gecəsi təşkil olunub

Media Kəndində jurnalistlər üçün salamlama gecəsi təşkil olunub

"Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə Oyunlar öncəsi Media Salamlama gecəsi təşkil olunub. SİA-nın məlumatına görə, "Bakı-2015"i işıqlandırmaq üçün akkreditasiyadan keçmiş jurnalistərin qatıldığı gecə Media Kəndində keçirilib və maraqlı anlarla yadda qalıb. Şənlikdə müğənnilər çıxış ediblər, milli və xarici mahnılar səsləndirilib. Media nümayəndələrinə müxtəlif yeməklər və soyuq içkilər təklif olunub. Gecəyə yerli jurnalistlərlə yanaşı, çoxlu sayda əcnəbi media nümayəndələri də qoşulublar. Salamlama gecəsindən fotosessiya təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə