UEFA-nın rəhbəri Mişel Platini və Fransa Prezidenti Fransua Olland 2016-cı il futbol üzrə Avropa çempionatına bilet satışının başlandığını rəsmən elan ediblər. Bu dəfə Fransada keçiriləcək çempionata düz bir il qalır. İyunun 10-da euro2016.tickets.uefa.com internet-saytına bir milyon bilet çıxarılıb. Dekabrın 12-nə nəzərdə tutulan püşkatmadan sonra sayta daha 800 min bilet qoyulacaq. Bu barədə dpa agentliyi məlumat yayıb. Ən ucuz biletin qiyməti 25 avrodur. 2016-cı il iyulun 10-da Paris yaxınlığındakı məşhur StadedeFranceв stadionunda oynanılacaq final görüşünü izləmək istəyənlər isə biletə 895 avro ödəməli olacaqlar.
Euronews telekanalı xəbər verir ki, Mişel Platini və Fransua Ollandın görüşü FİFA-da böyük korrupsiya qalmaqalı fonunda keçirilib. FİFA prezidenti Yozef Blatterin istefa qərarından sonra, bu posta real namizədlər arasında Mişel Platininin də adı çəkilir. Ekspertlər hesab edirlər ki, onun seçkilərdə qələbə qazanmaq üçün böyük şansları var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB