Belçika idmançıları 9 medala iddialıdır

Belçika idmançıları 9 medala iddialıdır

Belçikanın www.lavenir.net saytı bu ölkənin idman komandasının "Bakı-2015" birinci Avropa Oyunlarında iştirakına dair məlumat yayıb. "Avropa Oyunları: 9 medala iddialı 117 belçikalı" adlı məqalədə Azərbaycan paytaxtına Belçikanın 117 ən yaxşı idmançısının yola salındığı bildirilir. Komanda üzvlərinin çoxu beynəlxalq yarışlarda yüksək nəticə göstəriblər.

Belçika nümayəndə heyətinin rəhbəri Gert Van Luy deyib: "Bakı-2015" Avropa Oyunları sahəsində ilk təcrübədir. Biz burada 50 ölkənin komandalarının gücünə bələd olacağıq. Belçika özü isə azı 9 medala iddialıdır".

Yazının tam mətni aşağıdakı linkdədir:

http://www.lavenir.net/cnt/DMF20150609_00661874

Bütün xəbərlər Facebook səhifəmizdə