Rusiyalı idmançılar Azərbaycanda

Rusiyalı idmançılar Azərbaycanda

Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançıları və nümayəndə heyətləri ölkəmizə gəlməkdə davam edirlər. Oyunlarda iştirak edəcək rusiyalı idmançıların bir qrupu iyunun 10-da Azərbaycana gəlib.

Qonşu ölkə idmançılarını Heydər Əliyev Beynəlxalq Aeroportunda "Bakı-2015" Əməliyyat Komitəsinin əməkdaşları və birinci Avropa Oyunlarının könüllüləri qarşılayıblar. Qonaqlar xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.

Rusiya birinci Avropa Oyunlarında atletika istisna olmaqla idmanın bütün növləri üzrə 360 atlet, o cümlədən 34 dünya, 7 Olimpiya çempionu ilə təmsil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə