"Bakı-2015"də yarışacaq Ermənistan komandası Azərbaycana gəlib FOTOLAR

"Bakı-2015"də yarışacaq Ermənistan komandası Azərbaycana gəlib FOTOLAR

"Bakı-2015" I Avropa Oyunlarında yarışacaq komandalar Azərbayana gəlməkdə davam edir. SİA-nın məlumatına görə, daha bir neçə ölkənin yığması Bakıya gəlib. Yeni gələnlərdən Slovakiya, Estoniya, Finlandiya, Portuqaliya, İsrail, İrlandiya yığmaları ilə yanaşı, Ermənistan komandası da artıq Azərbaycandadır. Boks, güləş, atıcılıq, sambo, cüdo idman növləri üzrə yarışacaq Ermənistan komandası öncədən bildirdikləri kimi, 28 yox 18 idmançı ilə gəlib.

Komandaları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıblar. Onlar xüsusi nəqliyyat vasitələri ilə Atletlər Kəndinə aparılıblar.

Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyunlar iyunun 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə